XƏBƏR LENTİ

23 Yanvar 2021
22 Yanvar 2021

Digər Xəbərlər

03 Dekabr 2020 - 12:14

İşğaldan azad edilmiş torpaqlarda qiymətləndirmələr aparılacaq- Məhsuldarlıq səviyyəsini bilmək üçün

Azərbaycanın işğaldan azad edilmiş torpaqlarının məhsuldarlıq səviyyəsini öyrənmək üçün qiymətləndirmələr aparılacaq.

Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyası Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru Əlövsət Quliyev deyib. Onun sözlərinə görə, həmin torpaqların vəziyyəti alimlərin iştirakı ilə öyrəniləcək.

Ə.Quliyev qeyd edib ki, işğal olunana qədər həmin torpaqlarla bağlı daimi qiymətləndirmələr aparılıb: “İşğaldan azad edilən torpaqlarımız məhsuldar torpaqlardır. Burada torpaq şoran deyil, münbitdir. Bu torpqlarda yaxşı taxıl sortları becərilib. Qubadlı və Cəbrayılın böyük bir hissəsi dəmyə əkinçiliyi üçün yararlıdır. Orada toxum əkiləndə yaxşı məhsul götürmək olur”.

Mütəxəssis qeyd edib ki, Kəlbəcər torpaqları daha çox heyvandarlıq, yemçilik və yay otlaqları kimi istifadə üçün münasibdir.

İnstitut direktoru əlavə edib ki, ümumilikdə Qarabağ torpaqları kənd təsərrüfatı üçün çox əlverişlidir. Bu torpaqlarda heyvandarlığın inkişafı üçün çox münbit şərait var.