XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

04 Dekabr 2020 - 20:54

Nazirlik:"Pandemiya şəraitinin zəruri qayda və tələblərinə əməl edilməsi vacibdir"

İqtisadiyyat Nazirliyi sahibkarlıq subyektlərində (ictimai iaşə və turizm obyektləri istisna olmaqla) pandemiya şəraitinin zəruri qayda və tələblərinə əməl olunmasına nəzarət tədbirlərini davam etdirir.

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, dekabrın 3-də keçirilən monitorinqlər zamanı Xəzər rayonunda Mirhüseyn Şəfiyevə məxsus mebel salonunda, Səbail rayonunda “Araz market”də, Aybəniz Abışovaya məxsus pərakəndə ticarət obyektində, Qaradağ rayonunda Hüsniyə Məmmədovaya məxsus mağazada, Nəsimi rayonunda “Alotel telefon mağazası”nda, “Belaruski ərzaq mağazası”nda, Binəqədi rayonunda Nəsimi Mirzalıyevə, Rəşad Nağıyevə, “Iceberg aqua treatment” MMC-yə məxsus pərakəndə ticarət obyektlərində, Nizami rayonunda Vüqar Babayevə məxsus mağazada, Yasamal rayonunda “Araz supermarket Yasamal”da, “Real hospital” MMC-də, Sabunçu rayonunda “Buta Farm” MMC-yə məxsus “Aptek”də, Suraxanı rayonunda “Al market”də, “Aptek-264”-də, Nərimanov rayonunda İlham Məmişova, “3S Osteosintez” MMC-yə məxsus pərakəndə ticarət obyektlərində, Xətai rayonunda Zahir Mamedova məxsus mağazada, “Buta Farm” MMC-yə məxsus “Aptek”də, ümumilikdə nəzarət tədbirləri keçirilən 475 obyektin 19-da epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu müəyyən edilib.

Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görülüb.