XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

07 Dekabr 2020 - 21:25

“Virusun yayılmasının qarşısının alınması insanların tövsiyələrə nə dərəcədə riayət etməsindən asılıdır”- Hande Harmancı

Hazırda yoluxma hallarının daha sürətlə artdığı bəzi şəhər və kəndlərə gediş-gəlişin qismən məhdudlaşdırılması kimi yanaşmalardan istifadə olunur.

Bunu Trend-ə Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.

Onun sözlərinə görə, virusun yayılmasının qarşısının alınması insanların tövsiyələrə nə dərəcədə riayət etməsindən asılıdır:

“Ən vacib qabaqlayıcı tədbir əl və tənəffüs gigiyenası qaydalarına riayət etmək (müvafiq olaraq maska taxmaq da daxil olmaqla), digər insanlarla məsafə saxlamaq və müntəzəm olaraq qapalı yerləri havalandırmaqdır. Ümid edirik ki, Azərbaycanda koronavirusla bağlı hər kəs tövsiyələrə riayət edəcək və tam qapanmaya getməyə ehtiyac yaranmayacaq”.