XƏBƏR LENTİ

22 Yanvar 2021
21 Yanvar 2021

Digər Xəbərlər

08 Dekabr 2020 - 22:31

Sosial müdafiəyə ehtiyacı olan istedadlı gənclərin təhsil xərcləri qarşılanacaq- 1446 müraciət var

Azərbaycan Respublikasının Gənclər Fondu sosial müdafiəyə xüsusi ehtiyacı olan istedadlı tələbələrin təhsil haqlarının qarşılanması üzrə növbəti müsabiqədə iştirakla bağlı 5 noyabr – 3 dekabr tarixlərində rəsmi internet səhifəsi və “GencApp” mobil tətbiqi üzərindən onlayn qaydada ərizə qəbulu həyata keçirib.

Azərtac xəbər verir ki, müsabiqə müddətində 31 dövlət təhsil müəssisəsi, 9 filial və 54 orta-ixtisas təhsil müəssisəsindən olmaqla, ümumilikdə 1446 müraciət daxil olub. Belə ki, əyani təhsil üzrə 1322, qiyabi təhsil üzrə isə 124 tələbənin ərizəsi qeydə alınıb. Onlardan 118 tələbə magistr, 1239 tələbə bakalavr və 89 tələbə orta-ixtisas təhsili üzrə müraciət edib.

Hazırda daxil olmuş ərizələrin müvafiq dövlət qurumları və ATGTİ (Azerbaijan Student Youth Organizations’ Union) nümayəndələrindən ibarət ekspert işçi qrupu tərəfindən ilkin təhlili prosesinə başlanılıb.