XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

08 Dekabr 2020 - 12:27

Ülvi Mehdiyev:"“YAŞAT” Fondunda hər kəsin şəxsi kabineti olacaq”

“Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaradılan yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu (“YAŞAT” Fondu) yaradılıb. Son dövrlər cəmiyyətdən gələn müxtəlif təşəbbüslər var. Ayrı-ayrı vətəndaşlar həmin yaralı hərbçilərin və şəhid ailələrinə dəstək olmaq istəyirlər. Məhz bunları nəzərə alaraq şəffaf bir platformanın yaradılması qərara alınıb. Bu, mərkəzləşdirilmiş platforma olacaq. Burada hər kəsin şəxsi kabineti olacaq”.

Bunu Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev keçirdiyi onlayn mətbuat konfransında deyib.

“Şəhid ailələri və yaralananların ehtiyacları 4 istiqamətdə müəyyənləşəcək”, – o, bildirib/Report.