XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

08 Dekabr 2020 - 20:45

Almaniyalı tədqiqatçılar:"Maskadan istifadə yoluxma hallarını xeyli azaldır"

Tibbi maskadan istifadə etməklə yoluxma hallarının sayını qısa müddət ərzində xeyli azaltmaq mümkündür.

PNAS xəbər verir ki, Almaniyada koronavirusa yoluxmaya dair rəqəmləri təhlil edən bir qrup tədqiqatçı hamılıqla qoruyucu maska taxmaqla yoluxma sayının gündəlik 47 faiz azaldığı qənaətinə gəliblər.

Tədqiqat zamanı ölkənin müxtəlif bölgələrinə dair məlumatlar müqayisə edilib. Belə ki, aprel ayının əvvəlində məcburi qaydada maska taxmağın tətbiq edildiyi Yena şəhərində sonrakı həftələr ərzində yeni yoluxma hallarının sıfırlandığı üzə çıxıb. Bu təcrübənin başqa bölgələrdə də tətbiq edilməyə başlanıldığı qeyd olunur/Report.