Məzunlar üçün test imtahanının nəticələri açıqlandı
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası mayın 24-də ali təhsil müəssisələrinin 1-ci və 4-cü ixtisas qrupları üzrə keçirilmiş qəbul imtahanlarında (əvvəlki illərin məzunları üçün) istifadə olunmuş test tapşırıqlarının düzgün cavablarını açıqlayıb.
AzVision.az xəbər verir ki, imtahanda istifadə olunmuş sualların düzgün cavabları TQDK-nın internet saytında və facebook səhifəsində yerləşdirilib.
Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.