XƏBƏR LENTİ

22 Yanvar 2021
21 Yanvar 2021

Digər Xəbərlər

10 Dekabr 2020 - 17:33

Dövlət orqanlarında vakant vəzifələrin tutulması üçün müsahibə elan edilib –Siyahı

Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması üçün ümumi müsahibə elan edilib.

Dövlət İmtahan Mərkəzindən Strateq.az-a bildirilib ki, ümumi müsahibədə iştirak etmək istəyən namizədlər 11 yanvar 2021-ci il saat 18:00-dək  Mərkəzin internet portalına məlumatları daxil edərək qeydiyyatdan keçməlidir.

7 dövlət orqanında inzibati vəzifələrin 4-5-ci təsnifatına uyğun olan vəzifələrin A və B növü üzrə ümumi müsahibə elanı verilib.

Mərkəzi icra hakimiyyəti orqanı və məhkəmə hakimiyyəti orqanlarında olmaqla elana çıxarılan vəzifələrin 6-sı dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər) və 14-ü B növü vəzifələrə (inzibati icraçı) aiddir.

Ümumi müsahibəyə çıxarılan vəzifələr arasında ən yüksək vəzifə inzibati vəzifələrin 4-cü təsnifatına uyğun olan Energetika Nazirliyində şöbə müdiri vəzifəsidir. Ümumilikdə isə, Ekologiya və Təbii Sərvətlər Nazirliyində 7, Hesablama Palatasında 3, Dövlət Statistika Komitəsində 3, Dövlət Turizm Agentliyində 3, Energetika Nazirliyində 2, Təhsil Nazirliyində 1, Şəki Apellyasiya Məhkəməsində 1 vəzifə olmaqla 20 vakant vəzifə ümumi müsahibə elanına çıxarılıb.

Ümumi müsahibə üzrə sənəd qəbulunun təkmilləşdirilməsi, vətəndaşların rahatlığının təmin edilməsi, vətəndaşların vaxt itkisinin və maliyyə xərclərinin qarşısının alınması məqsədilə Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi müsahibə üzrə sənəd qəbulu yalnız elektron qaydada həyata keçirilir.

Ümumi müsahibədə iştirak etmək istəyən namizədlər “Dövlət qulluğu üzrə müraciət Forması” vasitəsilə 10 dekabr 2020-ci il tarixindən 11 yanvar 2021-ci il saat 18:00-dək Mərkəzin internet portalına məlumatları daxil edərək qeydiyyatdan keçməlidir.