XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

16 Dekabr 2020 - 12:55

ÜST:"Koronavirusun mənşəyinin müəyyən edilməsi vaxt aparacaq"

“Koronavirusun mənşəyinin müəyyən edilməsi vaxt aparacaq. Ancaq virusun mənşəyinin əldə edilməsi üçün ilk gündən iş aparılır”.

APA-nın məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının Səhiyyə ilə bağlı Ehtiyacların Qiymətləndirilməsi Missiyasının yekunlarına dair media brifinqdə ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancı bildirib.

O ümid etdiyini deyib ki, virusun mənşəyi məsələsinə uyğun vaxtda aydınlıq gətiriləcək: “Bu, müəyyən vaxt alacaq. Pandemiyalar hər zaman olub və bundan sonra da olacaq. Pandemiyalar virusların əsasən heyvanlardan insanlara keçməsi nəticəsində olur”.