XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

01 Aprel 2016 - 15:50

3400-ə yaxın şəxs məktəb direktoru olmaq üçünsənəd verdi

direktor

 

Məktəb direktorlarının işə qəbulu ilə bağlı elektron ərizələrin qeydiyyatı başa çatıb.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, nazirlik sisteminə daxil olan ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə qəbul olunmaq üçün 18-31 mart tarixlərində 3394 nəfər elektron ərizə ilə qeydiyyatdan keçib. Müsabiqəyə 600 vakant yer çıxarılıb.

Aprelin 1-dən müsabiqənin ikinci – elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi mərhələsi başlanılıb. Elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi vaxtı namizədin ərizədə qeyd etdiyi şəxsi, təhsil, iş təcrübəsi haqqında məlumatlar yoxlanılır və göstəricilərin qanunvericiliyin tələblərinə uyğunluğu araşdırılaraq, onun növbəti mərhələyə keçməsi barədə qərar qəbul edilir.

Elektron ərizədə qeyd edilən məlumatların düzgünlüyünə müsabiqə iştirakçısı birbaşa məsuliyyət daşıyır. Ərizədə qeyd olunan məlumatlar mövcud qaydalara uyğun olmadıqda namizədin elektron ərizəsi ləğv edilir.

Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə qəbul olunmaq üçün qeydiyyatdan keçən namizədlərə ərizələrinin təsdiq olunduğunu bilmək üçün şəxsi səhifələrini izləmələri tövsiyə olunur.