XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

23 Dekabr 2020 - 15:55

Nazir:“Pandemiya dövründə dövlət orqanlarında çalışanların 80%-i işə çıxmasa da, onlara maaş ödənilib”

“Özəl sektorda işçilərin ixtisarına yol verilməməsi üçün mütəmadi monitorinqlər həyata keçirilib”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin 2021-ci il büdcə zərfi ilə bağlı keçirilən iclasında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, pandemiya dövründə dövlət orqanlarında çalışanların 80%-i işə çıxmasa da, onlara əməkhaqqıları ödənilib: “Leqallaşan əmək müqavilələrinin sayı 12 % artıb”.