XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

23 Dekabr 2020 - 20:44

Hökumət 190 manatlıq birdəfəlik ödəmə ilə bağlı qərar verdi –Açıqlama

Nazirlər Kabineti Azərbaycan Respublikasının ərazisində koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi haqqında qərar qəbul edib.

Nazirlər Kabinetindən Strateq.az-a verilən məlumata görə, qərarla koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na əsasən 190 manat məbləğində birdəfəlik ödəməni almış şəxslərə müvafiq qaydalara uyğun olaraq təkrar yoxlama keçirildikdən sonra 190 manat məbləğində ödəmənin verilməsi birdəfəlik şəkildə həyata keçiriləcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Maliyyə Nazirliyi qərardan irəli gələn məsələləri həll edəcəklər.