XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

02 Aprel 2016 - 10:48

Azərbacanlılar 2 ayda 4 milyardlıq məhsul alıb- 18 faizi ərzağa sərf olunub

erzaq-1.jpg

Cari ilin yanvar-fevral aylarında istehlakçılara 4 milyard 258,2 milyon manatlıq və ya 2015-ci ilin eyni dövrü ilə müqayisədə 4,2 faiz çox məhsul satılıb.

Dövlət Statistika Komitəsindən Azərtac-a bildirilib ki, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə satışın dəyəri real ifadədə 5,5 faiz artaraq 2 milyard 150,0 milyon manata, qeyri-ərzaq məhsulları üzrə isə 3,0 faiz artaraq 2 milyard 108,2 milyon manata bərabər olub.

Hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsaitin 50,5 faizi ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 17,2 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,5 faizi elektrik malları və mebelin, 5,7 faizi avtomobil yanacağının, 1,3 faizi əczaçılıq və tibbi malların, 0,9 faizi kompyuterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,9 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.