44 günlük Vətən müharibəsi dövründə Amerikanın və Avropanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diasporu tərəfindən ordumuza, şəhid və qazi ailələrinə 332.640 manat, 188.416 ABŞ dolları və 118.782 Avro məbləğində (Cəmi: 900.073 manat) maddi dəstək göstərilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Strateq.az-a verilən məlumata görə, vəsaitlər Azərbaycan Diasporuna Dəstək Fondu və Silahlı Qüvvələrə Yardım Fondu vasitəsilə, eləcə də birbaşa olaraq çatdırılıb: “Maddi vəsaitlə yanaşı, soydaşlarımızın təşəbbüsü ilə ölkəmizə əsgərlərimiz üçün minlərlə isti geyimlər, ərzaq bağlamaları, tibbi avadanlıqlar da göndərilib. Kanadada yaşayan bir qrup soydaşımız isə 101 şəhid ailəsini himayəyə götürüb”.