XƏBƏR LENTİ

22 Yanvar 2021

Digər Xəbərlər

30 Dekabr 2020 - 14:37

“Orta təhsilin icbari olması ilə bağlı Konstitusiya Məhkəməsi qarşısında məsələ qaldırılmalıdır”- Deputat

“Erkən evliliklər müəyyən mənada bizim dinimizdən də qaynaqlanır”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deyib.

Deputat bildirib ki, bu məsələdə təhsil qanununun da mənfi rolu var: “Faktiki bizdə orta təhsil məcburi idi. Amma sonradan biz başqa qanun qəbul etdik. İndi kənd yerlərində qız uşaqları sanki ailəyə maddi yük hesab olunur, təhsildən yayındırılır. Bahar Muradova orta təhsilin icbari olması ilə bağlı Konstitusiya Məhkəməsi qarşısında məsələ qaldırmalıdır”.