XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

06 Yanvar 2021 - 19:06

Azərbaycanda ümumbəşər dəyərlərin təşviqinə dəstək verilib- FOTO

Almaniya Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə, Almaniyanın Frauenhaus Bergstrasse İctimai Birliyi və Azərbaycanda fəaliyyət göstərən “Qadınlar Arasında Həmrəylik” İctimai Birliyi tərəfindən “Qeyri-zorakı cəmiyyətin inkişafı üçün dəyərlərin təşviqi” layihəsi həyata keçirilib.

Layihənin məqsədi insanları stereotiplərə və zoraki ənənələrə qarşı həssaslaşdırmaqdır. Bunun üçün məlumatlılıq səviyyəsini yaxşılaşdırmaq, münasibətləri dəyişdirmək, bacarıqlara yönəltmək və sosial dəstək yaratmaq kimi fərqli strategiyaların işlənərək tətbiqi nəzərdə tutulub.

Layihə çərçivəsində ümumbəşər dəyərlətin təbliği, fərdlər arası əlaqələrin inkişafı, gərginliyin dinc həlli və vasitəçilik kimi mövzularda müxtəlif təlimlər keçirilib, Azərbaycan və Almaniyadan olan rol model qadınlar haqqında sənədli film çəkilib, gənclər arasında yaradıcılıq yarışı keçirilib, mediada qadınlara qarşı stereotiplərin hazırki vəziyyəti tətqiq olunub.

28 dekabr 2020-ci il tarixdə “Qeyri-zorakı cəmiyyətin inkişafı üçün dəyərlərin təşviqi” layihəsinin yekun konfransı keçirilib. Konfransda, Azərbaycan və Almaniya vətəndaş cəmiyyətinin nümayəndələri cəmiyyətin təməl prinsipləri və dəyərləri, habelə inkişaf yollarını müzakirə edib.

Konfrans zamanı layihənin video-hesabatı nümayiş etdirilib, “Azərbaycanda ümumbəşəri dəyərlərin KİV-də işıqlandırılması” adlı tədqiqatın nəticələri təqdim olunub. Tədbir zamanı müzakirələr üçün də yaxşı bir platforma yaradılıb.

Tədbirə vətəndaş cəmiyyəti nümayəndələri ilı yanaşı yerli hüquq mühafizə orqanlarının nümayəndələri, bələdiyyələr və ailələrə dəstək mərkəzlərinin nümayəndələri də dəvət olunub. Dəyərlərin təşviqi üzrə konfransda Azərbaycan və Almaniya vətəndaş cəmiyyətinin nümayəndələri fundamental prinsipləri və əsas dəyərləri, eləcə də inkişaf yollarını müzakirə edilib.