XƏBƏR LENTİ

26 Yanvar 2021
25 Yanvar 2021

Digər Xəbərlər

12 Yanvar 2021 - 16:19

30 şəhid ailəsi və Qarabağ müharibəsi əlillərinə evlər verilib –Açıqlama

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 30 şəhid ailəsinə və Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxsə mənzil və fərdi evlər verib.

Nazirlikdən verilən məlumata görə, onlardan 22 nəfərə Yevlax rayonunda yeni yaşayış binasından alınmış mənzillər təqdim edilib.

Mənzillərin təqdim edilməsi tədbirində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli və Yevlax rayon İcra Hakimiyyətinin başçısı Anar Tağıyev iştirak ediblər.

V.Nəsirli bildirib ki, ölkənin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olan qəhrəmanların ailələrinin, bu döyüşlərdə sağlamlığını itirmiş vətəndaşların sosial müdafiəsinin daim gücləndirilir: “Ötən il şəhid ailələrinə və Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslərə rekord sayda – 1500 mənzil və fərdi evin verilməsi nəzərdə tutulub. Bu gün təqdim edilən 30 mənzil və fərdi ev də daxil olmaqla onlardan 1480-i verilib, yaxın iki gündə daha 20 mənzil və fərdi ev də veriləcək. Ümumilikdə ötən dövrdə həmin vətəndaşlara 9100-dən çox mənzil və fərdi ev təqdim edilib”.