XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

14 Yanvar 2021 - 12:07

Vüsal Hüseynov:“Miqrantların saxlanma mərkəzində koronavirusa yoluxma qeydə alınmayıb”

“Ötən il qanunsuz miqrasiyaya qarşı görülmüş tədbirlərdə 51 faiz azalma olub. Bu rəqəm 2019-cu ildə 14834 olubsa, 2020-ci ildə 7317-yə düşüb”.

Bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov 2020-ci ilin yekunlarına dair onlayn mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, qanunsuz miqrantların saxlama mərkəzlərində yerləşdirmədə 73 faiz azalma olub – 2019-cu ildə 1237, 2020-ci ildə 332 nəfər: “Saxlama mərkəzi qapalı yer olduğundan bütün gigiyena tədbirləri görülüb, heç bir saxlanılan şəxsdə koronavirusa yoluxma qeydə alınmayıb”.