XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

15 Yanvar 2021 - 22:21

Ötən il övladlığa verilən uşaqların sayı açıqlanıb –ƏƏSMN

2020-ci il ərzində övladlığa verilən uşaqların sayı açıqlanıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, ötən il ümumilikdə 22 uşaq övladlığa götürülüb, onlardan 10-u qız, 12-si oğlandır.

Övladlığa götürülmüş uşaqlardan 10-u 0-3, 11-i 4-11, 1-i isə 12-18 yaş aralığındadır.

Uşaqlardan 17-si yaxın qohumlar tərəfindən, 1-i müəssisədən, 2-si ögey ana və ya ata tərəfindən, 2-si valideynlər arası qarşılıqlı razılıq əsasında övladlığa götürülüb.