XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

26 May 2015 - 05:33

Goranboyda 4 bal gücündə zəlzələ olub –Açıqlama

zelzele.jpg

Mayın 26-da Goranboy rayonu ərazisində zəlzələ baş verib.

Strateq.az Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin saytına istinadla xəbər verir ki, zəlzələ yerli vaxtla saat 06:20-də Mingəçevir şəhərindən 32 kilometr qərbdə, Goranboy-Yevlax sərhədində qeydə alınıb. Yeraltı təkanın maqnitudası 4.7, dərinliyi 22 kilometr olub.

Zəlzələ episentrdə 4.0 bal, yaxın yaşayış məntəqələrində 4.0-3.0 bala qədər hiss olunub.