XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

21 Yanvar 2021 - 13:08

Ali məktəb tələbələri və müəllimlərinin hüquq və vəzifələri müəyyənləşir –Yeni qanun

Azərbaycanda ali təhsil sahəsində təhsilverənlərin və təhsilalanların hüquq və vəzifələri müəyyənləşir.

Məlumata görə, bu, “Ali təhsil haqqında” yeni qanun layihəsinin ilkin variantında əksini tapıb.

Qeyd edək ki, sabah – yanvarın 22-də Milli Məclisin Elm və təhsil komitəsinin onlayn iclasında “Ali təhsil haqqında” yeni qanunun layihəsinin hazırlanması ilə bağlı İşçi Qrupun təklifləri dinləniləcək.

Toplantıda Milli Məclisin Elm və təhsil komitəsinin üzvləri, Təhsil Nazirliyinin məsul şəxsləri, ali təhsil müəssisələrinin rektorları və təhsil ekspertləri iştirak edəcək/Report.