XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

21 Yanvar 2021 - 15:48

Gürcüstanda azərbaycanlılar və gürcü din xadimləri arasında mübahisə yaranıb –Səbəb

Gürcüstanın Marneuli rayonunun azərbaycanlılar yaşayan İkinci Kosalı kəndində yerli sakinlərlə gürcü din xadimləri arasında mübahisə baş verib.

Strateq.az Report-a istinadla xəbər verir ki, gərginliyə son vaxtlar sakinlərin əkin sahələrindən istifadəsi ilə bağlı yaranan problem səbəb olub.

İkinci Kosalı sakinləri bildiriblər ki, əkin sahələrinin onlara aid olduqlarını iddia edən din xadimləri onlardan icarə haqqı tələb edirlər. Onların sözlərinə görə, Gürcüstanın Meşə Məcəlləsinə edilən dəyişikliklərdən sonra bu iddialar intensiv hal alıb.

Həmin torpaq sahələri Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyinin balansındadır və kənd sakinləri uzun illərdir həmin sahələrdə əkin-biçin ilə məşğul olurlar.

Kilsə nümayəndələrinin kəndə növbəti gəlişi yerli sakinlər arasında narazılıq yaradıb. Tərəflər arasında gərginliyin qarşısını almaq üçün kəndə polis əməkdaşları cəlb olunub.

Qeyd edək ki, yeni Meşə Məcəlləsinə əsasən, kilsə və məbədlərə ətraflarında yerləşən və dövlət balansında olan 20 hektaradək torpaq sahələrinin satın alaraq rəsmi olaraq mülkiyyətinə daxil etməsi hüququ verilib.