XƏBƏR LENTİ

25 Fevral 2021
24 Fevral 2021

Digər Xəbərlər

21 Yanvar 2021 - 16:49

Nazirlik rəsmisi:"Məktəblərdə qiymətləndirmə ilə bağlı dövlət qurumlarına tövsiyələr göndərilib"

“Distant təhsilin xüsusiyyətləri nəzərə alınmaqla bütün fənn və siniflər üzrə hansı mövzunun keçirilməməsi üçün aidiyyəti qurumlara tövsiyələr göndərilib. Həmin mövzular da qiymətləndirilmə suallarına salınmayacaq”.

Bunu Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu “Xüsusi karantin rejimi dövründə məktəbdaxili qiymətləndirmə” mövzusunda danışarkən deyib.

O qeyd edib ki, qiymətləndirmə həm də peşə təhsilinə də aiddir: “Qiymətləndirmə prosesi 27 yanvara qədər davam edəcək. Üzrlü səbəblərdən bu dəfəki qiymətləndirmədə iştirak edə bilməyənlər gələn ay üçün olan mərhələdə əyani şəkildə iştirak edə biləcəklər”.