XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

28 Yanvar 2021 - 00:17

Azərbaycanda tikinti ilə bağlı yeni tələbin qüvvəyə minmə vaxtı daha üç il uzadılır- Dəyişiklik

Azərbaycanda tikinti layihələrinin şəhərsalma sənədlərinin müfəssəl planına uyğun olmasına dair tələbin qüvvəyə minmə müddəti daha 3 il uzadılır.

Trend-in məlumatına görə, bununla bağlı məsələ “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliklə tikinti layihələrinin şəhərsalma sənədlərinə uyğunluğuna dair məcəllənin 11.1-ci maddəsinin birinci cümləsində nəzərdə tutulmuş müddəanın müddəti 8 ildən 11-ə uzadılır. Beləliklə tikinti layihələri şəhərsalma sənədlərinin, o cümlədən müfəssəl planın müəyyənləşdirdiyi tələblərə uyğun olmasına dair tələb 2023-cü ildə qüvvəyə minəcək.