XƏBƏR LENTİ

06 Mart 2021
05 Mart 2021

Digər Xəbərlər

28 Yanvar 2021 - 13:53

Türkiyəli psixoloqlar qazi və şəhid ailərinin reabilitasiyasına başlayıb- Nazirlikdən açıqlama

Fövqəladə Hallar Nazirliyinin dəvəti ilə Türkiyədən gələn peşəkar klinik-psixoloq və psixoterapevtlər Vətən müharibəsi nəticəsində mənəvi-psixoloji poblemlər yaşayan vətəndaşların psixoloji reabilitasiyasına başlayıblar.

Nazirlikdən “Report”a verilən məlumata görə, yanvarın 22-dən etibarən FHN-in “112” qaynar telefon xətti vasitəsilə mütəxəssislərin qəbuluna yazılan 100-ə yaxın Vətən muharibəsi iştirakçısı, qazi, şəhid ailəsi üzvü, erməni terrorundan zərər görmüş insana psixoterapevtik yardım göstərilib.

Xatırladaq ki, ödənişsiz həyata keçirilən seanslarda iştirak etmək üçün FHN-in “112” qaynar telefon xətti ilə əlaqə saxlamaq lazımdır.