XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

30 Yanvar 2021 - 19:35

Nazir:“Müəyyən mənada distant təhsil verməyi öyrəndik”

“Müəyyən mənada distant təhsil verməyi öyrəndik”.

APA-nın məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev “Pandemiya dövründə təhsil” mövzusunda sualları cavablandırarkən deyib.

O bildirib ki, bu istiqamətdə öyrəniləcək şeylər çoxdur: “Hazırda “Ali təhsil haqqında qanun” müzakirə edilir. Ümid edirəm ki, həmin qanunda biz  distant təhsilin qanunvericilik normalarını müəyyən edə bilərik. Bu, gələcəkdə distant təhsilin kütləviliyini  təmin etmək istiqamətində ən vacib alətlərdən biri olacaq. İnanıram ki,  texnologiyaların inkişafı təhsilin inkişafı, əlçatanlılığı ilə yekunlaşacaq”.