XƏBƏR LENTİ

03 Dekabr 2020
02 Dekabr 2020

Digər Xəbərlər

04 Aprel 2016 - 17:10

Səfər Əbiyevin həbsdəki keçmiş müavini İlham Əliyevə müraciət etdi:"Biz ölməyə yox, öldürməyə hazırıq!"

mehman-selimov

Hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan Müdafiə Nazirinin sabiq müavini, polkovnik Mehman Səlimov dövlət başçısına müraciət edib.

Strateq.az-a daxil olan müraciətdə M.Səlimov qeyd edir ki, bu gün İstintaq Təcridxanasında saxlanılan şəxslər bir nəfərə kimi silaha sarılaraq düşmənlə döyüşə getmək istəyir: "Cənab Ali Baş Komandan, mən Azərbaycan ordusunun yaradılmasında, əsgər-zabit heyətinin formalaşmasında xüsusi xidmətlər göstərmişəm və Qarabağ döyüşlərində iştirak etmişəm. 1999-cu ilə qədər Müdafiə nazirinin şəxsi heyətlə iş üzrə müavini vəzifəsində çalışmışam. Bu gün həbsdəyəm. Şübhə etmirəm ki, haqq öz yerini tapacaq, mənim günahsızlığım sübut olunacaq və bundan sonra da bütün varlığımla Azərbaycana xidmət edəcəm.

Bununla belə, mən həbsdə rahat yata bilmirəm. Sevinirəm ki, bu gün güclü Azərbaycan ordusu düşmənə sarsıdıcı zərbələr vurur, ermənilər pərən-pərən olub. Artıq terrorçu Ermənistan dövləti Azərbaycanın qarşısında diz çöküb.

Məhz Sizin qətiyyətiniz, siyasətiniz, peşəkarlığınız, ordumuzun gücü sayəsində düşmən xeyli geri çəkilib.

Cənab Ali Baş Komandan, bu gün həbsxanada onlarla gənc mənə müracitə edirlər ki, döyüşmək istəyirik. Mən ehtiyatda olan polkovnik kimi Sizdən xahiş edirəm ki, mənim, eyni amanda burada həbsdə olan onlarla gəncin xahişini nəzərə alasınız və bizi cəbhəyə düşmənlə döyüşə göndərəsiniz. Bir hərbçi üçün ən şərəfli yol döyüş meydanıdır. Xahiş edirəm, dövlətimə, millətimə yenidən xidmət göstərməyim üçün məni buradakı dustaqlarla birlikdə cəbhə xəttinə göndərəsiniz. Biz ölməyə yox, öldürməyə hazırıq! Son qanıma qədər döyüşə hazıram. Vaxtilə erməni ordusuna vurduğum zərbələri bir daha təkrarlamaq istəyirəm”.

Qeyd edək ki, Mehman Səlimov Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) maddəsi ilə təqsirləndirilərək həs edilib. Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində onun ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesi davam edir.