XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

03 February 2021 - 16:02

BNA:"Qaldırıcı kran Təbriz-Tələt Şıxəliyev küçələrinin kəsişməsində sıxlıq yaradıb"

Hazırda Təbriz-Tələt Şıxəliyev küçələrinin kəsişməsində nəqliyyat vasitələrinin hərəkətində ciddi çətinliklər müşahidə olunur.

Bu barədə APA-ya Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Bildirilir ki, sıxlığa kəsişməyə yaxın hissədə qaldırıcı kranın işləməsi səbəb olub.

“Əsaslı səbəb olmadan nəqliyyat vasitələrinin intensiv hərəkət etdiyi vaxtda bu cür təmir-tikinti işlərinin aparılmasından daha çox ictimai nəqliyyat istifadəçiləri əziyyət çəkir.

Vətəndaşların rahatlığını nəzərə alaraq belə hallara yol verən şəxsləri işlərini qanunvericiliklə müəyyən olunan qaydalara uyğun icra etməyə çağırırıq”, – deyə BNA-dan bildirilib.