XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

03 Fevral 2021 - 18:33

Elm və təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən əmək pensiyaçıları…- Nazirlik müraciət edib

Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda, təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2020-ci il tarixli 1229 nömrəli Fərmanına əsasən, pensiya əlavələrinin əvəzinə eyni məbləğdə Prezidentin aylıq təqaüdü təsis edilib. Təqaüdün təyinatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən proaktiv qaydada (vətəndaşın müraciəti olmadan) həyata keçirilir.

Nazirlikdən APA-ya verilən məlumata görə, hər hansı səbəbdən proaktiv təyinat aparılmamış bu kateqoriyadan olan vətəndaşlara Prezidentin təqaüdünün təyin edilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun qeydiyyatda olduqları rayon (şəhər) bölmələrinə, DOST mərkəzlərinin xidmət göstərdiyi rayonların sakinlərinin isə həmin mərkəzlərə aşağıdakı sənədlərlə müraciət etmələri tövsiyə olunur:

Şəxsiyyət vəsiqəsinin surəti;

Əmək kitabçasının surəti;

Elmi dərəcəsini təsdiq edən sənədin surəti.