XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

09 Fevral 2021 - 11:53

Rəşad Mahmudov:"Ürək-damar xəstələri koronavirusa qarşı peyvənd vurdura bilər"

Ürək-damar cərrahı, Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyası İdarə Heyətinin sədri, Milli Məclisin Səhiyyə komitəsi sədrinin müavini Rəşad Mahmudov poliklinika həkimlərinə və ürək-damar xəstələrinə müraciət edib.

APA-nın məlumatına görə, deputat bildirib ki, ürək-damar xəstələri koronavirusa qarşı peyvənd vurdura bilər.

“Bütün açıq ürək və stentləmə əməliyyatı olunan pasiyentlərim, eləcə də yüksək təzyiq, şəkərli diabet kimi yanaşı xəstəliyi olan insanlar COVID-19 peyvəndi (SinoVac) vurdura bilər.

Hətta ürək-damar xəstəliyi olan insanların sağlam insanlarla müqayisədə daha tez peyvənd olunmasını tövsiyə edirik”, – deyə həkim əlavə edib.