XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

09 Fevral 2021 - 18:40

ETSN:"Azərbaycanın su ehtiyatları azalmağa doğru gedir"

“Son 7-8 ildə Azərbaycanda, o cümlədən regionda iqlim dəyişmələri nəticəsində su ehtiyatlarımız azalmağa doğru gedir”.

APA-nın məlumatına görə, bunu “Ekspert saatı”nda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su ehtiyatlarının idarə edilməsi şöbəsinin müdiri Mütəllim Əbdülhəsənov deyib. O bildirib ki, bu quraqlığın nəticəsidir: “Bununla buxarlanmalar və su itkilərimiz çoxalır. Bütün bunlar nəzərə alınaraq, ölkədə kifayət qədər tədbirlər həyata keçirilir. Çaylardan götürülən suyun qənaətlə istifadə olunması, israfçılığa yol verilməməsi ölkədə ETSN tərəfindən aparılan əsas işlərdən biri olub”.