XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

09 Fevral 2021 - 17:52

ÜST COVID-19-un insana ötürülməsinin versiyalarını açıqlayıb

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ekspert qrupu Sars-Cov-2 virusunun insana necə keçə biləcəyi ilə bağlı dörd potensial fərziyyəni nəzərdən keçirib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ÜST-nin beynəlxalq ekspertlər qrupunun rəhbəri Piter Ben Embarek Uhan şəhərində keçirilən mətbuat konfransında bildirib.

“Virusun insana necə keçə biləcəyinə dair dörd fərziyyə irəli sürdük… Birincisi, heyvandan insana birbaşa keçiddir. İkinci fərziyyə virusun potensial olaraq insanlara yaxın aralıq heyvandan keçə biləcəyi ilə bağlıdır. Bu halda virus vasitəçi qismində olan həmin o aralıq heyvanda adaptasiya prosesini keçə və insana ötürülmə səviyyəsinə qədər dövr edə bilərdi. Üçüncü versiya – qida zənciridir, xüsusən də səthi virusun insanlara ötürülmə mənbəyi ola biləcək dondurulmuş qidalardır. Sonuncu versiya isə laboratoriya ilə bağlı mümkün indisentdir”, – o deyib.

Embarek ekspertlərin bütün fərziyyələri diqqətlə araşdırdıqlarını vurğulayıb. Ən yüksək ehtimallı versiya virusun ara daşıyıcıdan ötürülməsi ilə bağlıdır. ÜST mütəxəssisləri gələcəkdə bunu daha dərindən araşdırmaq niyyətindədir.

Virusun dondurulmuş qidaların səthlərindən keçməsi ehtimalı da yüksəkdir. Bu, virusun uzaqdan daşınması ehtimalını göstərir. Üçüncüsü yüksək ehtimallı variant virusun birbaşa yarasalardan ötürülməsinə dair versiyadır. Virusun laboratoriyadan sızması ehtimalı isə ən az olanıdır.