XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

11 Fevral 2021 - 12:10

“ASAN xidmət”də yardımçı xidmətlərin sayı 111-ə çatdırılıb –Hesabat

Ötən il Kənd Təsərrüfatı Nazirliyi “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən dövlət orqanlarının siyahısına əlavə edilib.

Bu, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 2020-ci il üzrə hesabatında öz əksini tapıb.

Bildirilib ki, qeyd edilən fərmanla müəyyən olunmuş xidmətlərlə birlikdə mərkəzlərdə 11 dövlət orqanı tərəfindən 53 əsas xidmət (alt qruplar üzrə 140 xidmət) təşkil edilib.

“ASAN Kommunal” mərkəzlərinin yaradılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 4 may tarixli 890 nömrəli Fərmanına əsasən “Azərişıq” ASC, “Azəriqaz” İB və “Azərsu” ASC tərəfindən 52 kommunal xidmət “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində təşkil edilib.

Eyni zamanda, “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində vətəndaşlara təqdim edilən funksional yardımçı xidmətlərin sayı 111-ə çatdırılıb. Beləliklə, mərkəzlərdə ümumilikdə 300-dən çox xidmətin təşkil edilməsi təmin olunub.