XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 February 2021 - 15:24

İşğaldan azad olunan rayonlarda dövlət əhəmiyyətli binalar elektrik enerjisi ilə təmin olunub- VİDEO

Cəbrayıl, Zəngilan, Qubadlı rayonu və Hadrut qəsəbəsində yerləşən xüsusi dövlət əhəmiyyətli binalar, həmçinin Şuşa şəhəri yeni çəkilən elektrik veriliş xətti vasitəsi ilə ilkin mərhələdə elektrik enerjisi ilə təmin olunub.

“Azərişıq” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, qurum tərəfindən işğaldan azad edilən ərazilərdə xüsusi dövlət əhəmiyyətli binaların elektrik enerjisi ilə təchizatını “Azərişıq Qarabağda” layihəsi çərçivəsində təxirəsalınmaz tədbirlərlə həyata keçirir.