XƏBƏR LENTİ

21 Yanvar 2021
20 Yanvar 2021

Digər Xəbərlər

05 Aprel 2016 - 16:46

Cəbhə xəttinə yaxın 28 məktəbdə dərs dayandırıldı –Təhsil Nazirliyi

tehsil-nazirliyi-manset

Ermənistan silahlı qüvvələrinin təmas xəttində yaratdığı təxribat nəticəsində cəbhə boyu bölgələrimizdə yaranan gərginlik nəticəsində Goranboy rayonunun Tap, Tapqaraqoyunlu, Yuxarı Ağcakənd, Aşağı Ağcakənd, Yenikənd, Şəfəq, Qaraçinar, Zeyvə, Qaraqucaq kənd məktəblərində, Xocalı şəhər 4 nömrəli, 5 nömrəli, Cəmilli və Meşəli kənd məktəblərində, Kəlbəcər rayon 34, 36, 54, 64, 68, 83, 127, 50, 60, 63, 91, 93, 100, 103 və 128 nömrəli məktəblərində təhlükəsizlik məqsədi ilə tədris müvəqqəti dayandırılıb.

Bu barədə Təhsil Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, təmas xəttinə yaxın olan digər məktəblərdə də şagirdlərin dərsə davamiyyəti zəifləyib.

APA