Hazırda cəbhəyanı bölgələrdə – Tərtər, Ağdam və Bərdənin Mərkəzi Rayon xəstəxanalarında da ən çətin əməliyyatların aparılması üçün hər cür şərait var.
Bunu Trend-ə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova deyib.
Onun sözlərinə görə, Tərtər, Ağdam və Bərdənin Mərkəzi Rayon xəstəxanaları lazımi qədər qan ehtiyatı və dərmanlarla təmin edilib: "Hazırda qan ehtiyatı və preparatlarla bağlı heç bir problem yoxdur".
L.Bayramova deyib ki, hazırda həmin rayonlarda olan gücləndirilmiş tibbi briqadalar müxtəlif sahələr üzrə çox yüksək səviyyəli həkim mütəxəssislərdən ibarətdir.