XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

05 Aprel 2016 - 17:21

DİN-də işləmək istəyənlərin diqqətinə: 38 kiçik rəis heyəti və 260 mülki işçi vəzifələrinə qəbul olacaq –Nazir seçim edəcək

ramil-usubov

Aprelin 23-də daxili işlər naziri, general-polkovnik Ramil Usubov tərəfindən Bakı şəhər Baş Polis İdarəsinin tabeçiliyində olan orqan və hissələrdə vakant olan post-patrul və yol-patrul xidmətinin sıravi və kiçik rəis heyəti vəzifələrində xidmətə qəbulla bağlı Bakı şəhəri Nobel prospekti 69 ünvanında yerləşən Çevik Polis Alayında, aprelin 30-da isə Göyçay, Ağsu, Şamaxı, İsmayıllı, Yevlax, Mingəçevir, Ucar, Kürdəmir və Ağdaş  şəhər, rayon polis orqanlarında vakant olan sıravi və kiçik rəis heyəti vəzifələrində xidmətə qəbulla bağlı Göyçay rayon Polis Şöbəsində sıra baxışı keçiriləcək.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, post-patrul xidmətinə qəbulda müddətli həqiqi hərbi xidmət keçmiş, ali və ya orta-ixtisas, yaxud tam orta təhsilli, boyu 175 santimetrdən yuxarı, yaşı 20-dən 25-dək olan, özü və yaxın qohumları məhkum olunmamış, atletik cüssəli, yalnız Bakı şəhərində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları iştirak edə bilərlər.

Yol-patrul xidmətinə qəbulda isə müddətli həqiqi hərbi xidmət keçmiş, boyu 178 santimetrdən yuxarı, yaşı 20-dən 25-dək olan, özü və yaxın qohumları məhkum olunmamış, atletik cüssəli, avtomobil nəqliyyatına aid orta-ixtisas və ya ali təhsilli, kompüterlə işləmək bacarığı, sürücülük vəsiqəsi, avtomobili 5 il müddətində idarə etməsini təsdiqləyən müvafiq sənədi, yaxud sürücü kimi 3 il əmək stacına malik yalnız Bakı şəhərində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları iştirak edə bilərlər.

Qeyd olunan vəzifələrdə əmək funksiyalarının yüksək fiziki və psixoloji gərginliklə bağlı olması, eləcə də xidmətin növbəli, bir çox hallarda əsas iş vaxtından əlavə müddətdə aparılacağı baxımından, namizədlərin sağlamlıq vəziyyəti, biliyi və fiziki hazırlıq səviyyəsi, (Yol-patrul xidmətinə isə əlavə olaraq yol hərəkəti qaydaları üzrə nəzəri bilikləri və sürücülük vərdişləri) müəyyən olunmuş normativlər üzrə yoxlanılacaq. Xarici dil bilən və dövlət təhsil müəssisələrində ali təhsil almış namizədlərə üstünlük veriləcək.

Bununla yanaşı, «İctimai asayişin qorunmasında vətəndaşların iştirakının təmin edilməsi barədə» prezidentin 2016-cı il 2 mart tarixli fərmanının icrası çərçivəsində mülki işçi vəzifələrinə də Azərbaycan Respublikası vətəndaşlarının qəbulu ilə əlaqədar sıra baxışı keçiriləcək. Sıra baxışında müddətli həqiqi hərbi xidmət keçmiş, ali və ya orta-ixtisas, yaxud tam orta təhsilli, boyu 175 santimetrdən yuxarı, yaşı 20-dən 24-dək olan, özü və yaxın qohumları məhkum olunmamış, yalnız Bakı şəhərində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları iştirak edə bilərlər.

Ümumilikdə qeyd olunan rayon polis orqanlarında vakant olan 38 kiçik rəis heyəti və 260 mülki işçi vəzifələrinə  qəbul həyata keçiriləcək.

Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

APA