XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

18 Fevral 2021 - 19:19

Avropa İttifaqı Qarabağ münaqişəsinin təsirinə məruz qalanlara yardım ayırıb –3 milyon avro

Avropa Komissiyası Dağlıq Qarabağ və onun ətrafında gedən son hərbi əməliyyatların təsirinə məruz qalanlara kömək üçün 3 milyon avro humanitar yardım ayırıb.

Məlumata görə, hərbi əməliyyatların başladığı 2020-ci ilin sentyabrından bəri Avropa İttifaqı (Aİ) bu münaqişədən təsirlənənlərə ümumilikdə 6,9 milyon avro humanitar yardım ayırıb.

Aİ-nin Böhranların İdarəedilməsi üzrə Komissarı Janez Lenarcic bildirib ki, hərbi əməliyyatlar dayandırılsa da bölgədə humanitar vəziyyət ağır olaraq qalır: “Hazırda sərt qış və koronavirus pandemiyası vəziyyəti daha da kəskinləşdirir. Aİ Dağlıq Qarabağ və onun ətrafında münaqişədən əziyyət çəkən əhaliyə dəstəyini artırır. Bu yardım ən çox ehtiyacı olanlara təcili yardım təmin etməyə kömək edəcək”.

Bildirilib ki, bu təcili yardım Aİ-nin humanitar tərəfdaşlarına münaqişənin təsirinə məruz qalan əhaliyə qida, sığınacaq, qış məhsulları və digər əsas ehtiyaclar, zəruri səhiyyə xidmətləri və psixososial dəstək təmin etməyə imkan verəcək.

Aİ-nin humanitar maliyyələşdirməsi insanlıq, bitərəflik, qərəzsizlik və müstəqillik humanitar prinsiplərinə uyğun olaraq verilir/APA.