XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

27 May 2015 - 03:21

Bakıda parkomatların sayı azaldılır (VİDEO)
Bakıda parkomatların sayı azaldılır (VİDEO)

Birinci Avropa Oyunları ilə əlaqədar yollara çəkilmiş xüsusi zolaqlar və bir neçə gün sonra bu zolaqlarda kənar avtomobillərin hərəkətinə qoyulacaq qadağa paytaxt sürücülərini düşündürür: görəsən, onsuz da tıxac olan bakı küçələrində hərəkət necə mümkün olacaq? Ancaq deyəsən, problemdən çıxış yolu tapılıb.

İlk Avropa Oyunları zamanı yollarda sıxlığın yaranmaması üçün paytaxtın mərkəzi prospektlərində müəyyən addımlar atılır. Belə ki, parkomatların sayı azaldılır..
Əksər sürücülər düşünə bilərdilər ki, xüsusi zolaqlarda hərəkətin qadağan edilməsi darısqallıq yarada bilər. Amma yollarda sərbəst hərəkət üçün bütün detallar nəzərə alınıb.
Parkomatların yığışdırılması sürücülərin ürəyincə olub.
Bu parkomatların əvvəlki yerlərinə qaytarılıb-qaytarılmayacağı və ya nə zaman qaytarılacağı ilə bağlı isə dəqiq məlumat yoxdur.