XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

23 Fevral 2021 - 18:40

Hökumətdən Ermənistanın mülki əhaliyə vurduğu ziyanla bağlı açıqlama:"İndiyədək 5914 ailəyə ilkin yardım verilib"

Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dinc əhalisinə vurduğu ziyana görə ödənilən ilkin yardımın verilməsi ilkin siyahı üzrə başa çatdırılıb.

Strateq.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, indiyə qədər ilkin siyahı üzrə 5 914 ailəyə ilkin yardım verilib. Bu siyahıdan yalnız xaricdə olanlar və sənədləri düzəliş prosesində olan vətəndaşlar qalıb: Əlavə texniki baxışın və müraciətlərin araşdırılması nəticəsində daha 5 mindən artıq ailəyə də ilkin yardım verilməsi nəzərdə tutulur”.