XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

27 Fevral 2021 - 11:03

Bakı və Abşeronda “Kənddən Şəhərə” yarmarkası keçirilir- ÜNVANLAR

Bakı və Abşeron ərazisində üç fərqli nöqtədə “Kənddən Şəhərə” Yarmarkası keçirilir.

Bu barədə Trend-ə Dövlət Aqrar Ticarət Şirkətinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mais Musayev deyib.

Bu gün və sabah 10:00-dan 19:00-dək müxtəlif regionlardan gələn fermer və qida istehsalçıları öz məhsullarını satışa çıxaracaq.

Yarmarkanın ünvanları:

– Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metrostansiyasının çıxışı)

– Binəqədi rayonu, Süleyman Sani Axundov, 5B (“İnqilab” kinoteatrının yanı)

– Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 41A