XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

28 Fevral 2021 - 17:02

“Çaşqınlıq yaradan məlumatlar doğru deyil və həqiqəti əks etdirmir”-"Azərişıq" smart kart ödənişlərində problem yaranacağı haqda məlumatları təkzib etdi

“İnformasiya sistemində aparılacaq yenidənqurma işləri nəticəsində smart kart ödənişlərində 10 günlük problem yaranacağı haqqında sosial şəbəkələrdə yayılmış, abonentlər arasında çaşqınlıq yaradan məlumatlar doğru deyil və həqiqəti əks etdirmir”.

Bu barədə “Azərişıq” ASC-nin yaydığı məlumatda qeyd edilir.

“Azərişıq” istehlakçıları belə məlumatlara inanmamağa çağırır:

“Bütün abonentlərimiz, o cümlədən smart kart istifadəçiləri də, hər zaman ödəniş etdikləri qaydada istədikləri vaxtda və yerdə rahatca ödənişlərini apara bilərlər”./Report