XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

02 Mart 2021 - 23:17

Nazirlik:"Fərdi ovçuluq təsərrüfatlarının yaradılması üçün lisenziya lazımdır"

Azərbaycanda fərdi ovçuluq təsərrüfatlarının yaradılması üçün lisenziya lazımdır.

Trend-in məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hüquq şöbəsinin müdiri Teymur Şəkərəliyev “Ekspert saatı” proqramında deyib.

Onun sözlərinə görə, ovçuluq təsərrrüfatları həm dövlət, həm də yerli əhəmiyyətli ola bilər. Bu lisenziya İqtisadiyyat Nazirliyindən verildiyi üçün ovçuluq təsərrüfatı yaratmaq istəyən şəxs bu quruma müraciət etməlidir. Lisenziya almaq üçün ovçuluq təsərrüfarının biznes planı təqdim olunmalıdır. Bu planda təsərrüfatın gələcək planları, rentabelli olması, buraya ova gələn şəxslər üçün yaradıla bilən şəraitlə bağlı məlumatlar öz əksini tapmalıdır.

T.Şəkərəliyev bildirib ki, ovçuluq təsərrüfatlarında heyvanların artırılması üçün xüsusi sahə yaradılmalıdır. Orada ov qadağan edilməli, digər sahədə isə ovun təşkilinə icazə verilməlidir.