Xəbər verdiyimiz kimi, 1988-ci ildə Ermənistan SSR-nin Quqark (Qarakilsə) rayonunun Ardıc (ermənicə adı Arçut) kəndindən qaçqın düşərərk, Azərbaycanda və xarici ölkələrdə məskunlaşmış kənd sakinləri Azərbaycanın işğaldan azad olunmuş Dağlıq Qarabağ bölgəsində məskunlaşmaq və orada eyniadlı kənd salmaq məqsədilə Prezident İlham Əliyevə müraciət ünvanlayıblar.
Müraciət edənlərdən biri – əslən Ardıcdan olan siyasətşünas-alim, yazıçı-publisist Elşən Nəsibov Strateq.az-a deyib ki, onların çağırışına qoşulanların sayı artıq 630 nəfərə çatıb artır: “Qarabağda yeni bir kənd salmaq və Ardıc adət-ənənələrini elliklə yaşatmaq, eyni icmada təkrarən sosiallaşmaq və icma birliyini yaratmaq kənd sakinlərinin başlıca məqsədidir. Bu baxımdan, indiyə qədər 630 nəfərdən çox ailə başçısı ölkə rəhbərinə kollektiv müraciət göndərib”.