Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (“Rosselxoznadzor”) martın 3-dən Azərbaycanın 8 müəssisəsinin alma, 19 müəssisəsinin isə Rusiyaya pomidor ixrac etməsinə icazə verib.
“APA-Economics”in ”Rosselxoznadzor”a istinadən verdiyi məlumata görə, qərar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin zəmanəti ilə, habelə birgə video yoxlamalar zamanı seçilən məhsul nümunələrinin karantin fitosanitar ekspertizasının nəticələrinə əsasən verilib.