“Gömrük statistikasını müasir dövrün tələblərinə uyğun olaraq vizual şəkildə çatdırmaq üçün Dövlət Gömrük Komitəsi tərəfindən yeni portal hazırlanıb”.
“Report” xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev deyib.
Onun sözlərinə görə, yaxın günlərdə təqdimatı olacaq portaldan bütün maraqlı tərəflər statistik məlumatları daha rahat yolla əldə edə bilərlər.