XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

03 March 2021 - 18:54

İdarə müdiri:"Yanaşı xəstəlikləri olan müəllimlər peyvənd olunmayacaq"

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva müəllimlərin peyvənd olunması məsələsini şərh edib. 

APA-nın məlumatına görə, İdarə müdiri jurnalistlərə açıqlamasında bildirib ki, vaksinasiya könüllüdür, amma zəruri olaraq keçirilməsi vətəndaş məsuliyyəti və peşə təəssübkeşliyinə görə olmalıdır: “Vaksinasiya olunan şəxslər mütləq həkim müayinəsindən keçir, yanaşı xəstəliklər varsa, vaksinasiya olmur. Göstəricilərə uyğun vaksinasiya olunur. Dövlətin yaratdığı imkandan istifadə etməliyik”.

Qeyd edək ki, bu gündən müəllimlərin vaksinasiyasına başlanılıb.