XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 March 2021 - 12:21

Bakıda külək qaz xəttinə ziyan vurub –Abonentlərin qaz təchizatında fasilə yaranıb

Martın 7-də Bakı şəhəri və ətraf yaşayış massivlərində hava şəraiti güclü küləklə müşahidə olunur.

Bu cür vəziyyət qaz təsərrüfatına da ziyansız ötüşmür. Xəzər rayonu Binə qəsəbəsi Sovxoz ərazisi deyilən yerdə, “Qardaşlar” marketinin damı uçaraq diametri 159 mm olan orta təzyiqli qaz xəttinin üzərinə aşıb.

Müvəqqəti olaraq təbii hadisə səbəbindən 600 abonentin qaz təchizatında fasilə yaranıb. “Azəriqaz” İstehsalat Birliyinin rəhbərliyi tezliklə fəsadların aradan qaldırılması və qaz təchizatının bərpa olunması barədə tapşırıqlar verib. /Report