Azərbaycanda fevral ayı ərzində nikaha daxil olmaq istəyən 9 676 nəfər müayinədən keçib.
Məlumata görə, müayinədən keçənlərdən 373 nəfərdə talassemiya daşıyıcılığı, 97 nəfərdə sifilis, 21 şəxsdə isə QİÇS aşkarlanıb.
Hər ikisində talassemiya daşıyıcılığı olan cütlüklərin sayı isə 7 olub.
Qeyd edək ki, 2015-ci ildən indiyədək 720 897 nəfərin qan müayinəsi aparılıb. 25 073 cütlükdən birində talassemiya daşıyıcılığı, 293 cütlüyün hər ikisində daşıyıcılıq aşkarlanıb. Bu müddət ərzində 2 802 nəfərdə sifilis, 740 nəfərdə HİV(QİÇS) qeydə alınıb”/Report.