XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

09 Mart 2021 - 20:14

Nazirlər Kabineti:"“Təhsil-Tələbə Krediti” sistemi yaradılacaq"

2021-ci ildə “Təhsil-Tələbə Krediti” sisteminin yaradılması nəzərdə tutulub.

Bu barədə Nazirlər Kabinetinin 2020-ci il üzrə hesabatında bildirilib.

Sənəddə qeyd edilib ki, bu məqsəd üçün 2021-ci il üçün təsdiq edilən dövlət büdcəsindən 80 milyon manat vəsait nəzərdə tutulub. Sistemin hüquqi təminatı üçün Təhsil Nazirliyi tərəfindən “Təhsil-Tələbə Krediti Fondu”nun yaradılaması və fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında Azərbaycan Prezidentinin fərmanının layihəsi hazırlanıb və hazırda razılaşdırılma mərhələsindədir.